XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2017 - 14:46

Azərbaycan və İran enerji daşıyıcılarının alış-verişini Tehran birjasında aparacaq –Açıqlama


Azərbaycanla İran elektrik enerjisi, neft və təbii qazın alış-verişini cənub qonşumuzun birjası üzərindən həyata keçirə bilər.

Bunu APA-ya eksklüziv açıqlamasında İranın Qiymətli Kağızlar və Birja Təşkilatının sədri  Şapur Məhəmmədi deyib.

Ş. Məhəmmədi vurğulayıb ki, bununla bağlı İran Azərbaycanla anlaşma memorandumu imzalamaq niyyətindədir.

"Biz bu sahədə əməkdaşlıq edə bilərik. Ona görə ki, hər iki ölkə üçün enerji daşıyıcılarının qiyməti çox önəmlidir. Bu sahədə əməkdaşlıq çox faydalı olacaq. Biz anlaşma memorandumunun imzalanmasının tərəfdarıyıq. Bu anlaşma memorandumu ilə  iki ölkə arasında elektrik enerjisi, neft və təbii qazın alış-verişi enerji birjasında baş tutacaq. Hazırda Tehranda enerji birjası fəaliyyət göstərir və biz bu birja vasitəsilə Azərbaycan tərəfi ilə əməkdaşlıq etməyə hazırıq".