XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2017 - 14:55

İran Azərbaycana ticarətdə milli valyutalardan istifadəni təklif edib –TƏKLİF

Azərbaycanla İranın qarşılıqlı ticarətdə milli valyutadan istifadə etməsi hər iki ölkənin milli valyutasının möhkəmlənməsinə səbəb ola bilər.

Bunu  İranın Qiymətli Kağızlar və Birja Təşkilatının sədri  Şapur Məhəmmədi deyib.

"Hər iki ölkənin qarşılıqlı ticarətdə milli valyutalardan istifadə etməsi çox faydalı oluna bilər. Bunun üstünlükləri çoxdur. Məsələn, asanlıqla köçürülür və vasitəçi valyutaya ehtiyac duyulmur. Bundan başqa, qarşılıqlı ticarətdə milli valyutalardan istifadə olunması milli valyutanın güclənməsinə səbəb olur. Bu isə hər iki ölkə üçün xeyirlidir", – deyə o vurğulayıb.