XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

18 Dekabr 2017 - 15:09

Bağlanan bankların əmanətçilərinə 748 milyon manat kompensasiya ödənilib –Fond


Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə ödənilən kompensasiyaların məbləğinin açıqlayıb.

Fonddan verilən məlumata görə, ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3,55 mln. manat olmaqla, onlardan 3,23 mln. manatı qorunan əmanətlər, o cümlədən 2 mln. 99,950 min manatı kompensasiya olunan əmanətlərdir. Dekabrın 14-ə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 mln. 837,465 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 87,5%-i) kompensasiya ödənilib və 262,485 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın qorunan əmanətçilərinə 24,191 mln. (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

"Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın qorunan əmanətçilərinə 976,441 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya verilib.

"Texnikabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün  ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. Ümumilikdə bankın qorunan əmanətçilərinə 120 mln. 413,9 min manat (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.

"Parabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə bankın qorunan əmanətçilərinə 43 mln. 222 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,5%-i) kompensasiya verilib.

"Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə, bankın qorunan əmanətçilərinə 72 mln. 196,9 min manat (ümumi kompensasiya öhdəliyinin 99,3%-i) kompensasiya ödənilib.

"Kredobank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə, bankın qorunan əmanətçilərinə 27 mln. 914,7 min manat (ümumi kompensasiya öhdəliyinin 99,6%-i) kompensasiya qaytarılıb.

"Dekabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə, bankın qorunan əmanətçilərinə 3 mln. 88,3 min manat (ümumi kompensasiya öhdəliyinin 98,8%-i) kompensasiya ödənilib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə, bankın qorunan əmanətçilərinə 14 mln. 352,1 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya verilib.

"Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət  22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə, bankın qorunan əmanətçilərinə 2 mln. 4,4 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 95,8%-i) kompensasiya ödənilib.

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 10 oktyabr 2017-ci il tarixində başa çatıb. Ümumilikdə, bankın qorunan əmanətçilərinə 437 mln. 745,8 min manat (ümumi kompensasiya öhdəliyinin 99,2%-i) kompensasiya verilib.

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 11 bank üzrə 747,943 mln. manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, "Əmanətlərin sığortalanması haqqında" qanunun 28,4 maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır. (APA)