XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2017 - 10:23

Bu bankların balansında olan ev və maşınlar hərraca çıxarıldı –"Toyota Corolla”, "Toyota Avalon”, "Hyundai Accent”, "Fiat"... + SİYAHI

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bir sıra bankların balansında olan daşınan və daşınmaz əmlakını hərrac yolu ilə satışa çıxarır.

Fonddan Strateq.az-a daxil olan məlumata görə, ləğv prosesində olan QSC "Standard Bank” KB-nin balansında olan 1 (bir) ədəd "Daewoo Nexia”, 6 (altı) ədəd "Mitsubishi Lancer”, 6 (altı) ədəd "Toyota Corolla”, 1 (bir) ədəd "Toyota Avalon”, 3 (üc) ədəd "Hyundai Accent” markalı minik avtomobilləri, 1(bir) ədəd "Fiat Doblo Cargo” və 1 (bir) ədəd "Mersedes-815” yük avtomobilləri, 2 (iki) ədəd bankomat və 1 (bir) ədəd embosser satışa cıxarılır. 

Ləğv prosesində olan "Atrabank” ASC-nin balansında olan 1 (bir) ədəd "Ford Focus”, 1 (bir) ədəd "Mitsubishi Pajero” markalı minik avtomobilləri və 2 (iki) ədəd embosser hərraca çıxarılır.

Bundan başqa, ləğv prosesində olan "Kredobank” ASC-nin balansında olan qeyri-yaşayış sahəsi və ləğv prosesində olan "Texnikabank” ASC-nin balansında olan bağ evi satışa çıxarılır:

"Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında (Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. Ünvanda) 16.01.2018-ci il tarixində saat 11:00 da keçiriləcək.

Maraqlananlar əlavə məlumatı http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu linki vasitəsilə və 566-70-25, 566-79-67 telefonlarla əldə edə bilərlər".