XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

19 Dekabr 2017 - 12:04

“Morningstar”dan araşdırma:"ABŞ OPEC-in əsas rəqibinə çevriləcək"

ABŞ 2018-ci ildə neft ixracını artıraraq OPEC-in əsas rəqibinə çevriləcək.

Bu məlumat ABŞ-ın "Morningstar" informasiya-analitik şirkəti və reytinq agentliyinin araşdırmasında yer alıb.

Araşdırmada qeyd olunub ki, neft qiymətlərinin artmasına baxmayaraq, son böhranın acı təcrübəsi səbəbindən Amerikanın şist neft hasilatçıları hasilatı artırmağa tələsmir. Neft hasilatı dünya bazarında yaranan sabitliklə tədricən artmağa davam edir. Şimal dənizindən təklif olunan neftdə yaranan problemlər isə son dönəmdə Asiya və Avropa alıcılarını ABŞ-a yönəldib. 

"Morningstar" hesab edir ki, artıq 2018-ci ilin yanvarında ABŞ-ın ixracı artıracağını gözləmək olar. Bunun üçün bəzi maneələr aradan qaldırılıb və nəqletmə gücü artırılıb. Belə ki, Meksika körfəzindəki Permiyan əyalətində "Grey oak" boru xətti işə salınıb, "Cactus" kəməri isə uzadılıb. 

Şirkət proqnozunda bildirir ki, 2018-ci ildə ABŞ-ın neft ixracı illik müqayisədə 1,7 mln. barel/gün və ya 80% arta bilər. "Morningstar"a görə, ABŞ-ın neft ixracı göstəricisi volatil xarakter daşısa da, infrastrukturun yaxşılaşdırılması uzunmüddətli anlaşmaların imzalanmasına gətirib çıxara bilər/Report.