"Moody`s Investors Service" Beynəlxalq Reytinq Agentliyi Bank VTB (Azərbaycan) bankının kredit reytinqlərini geri çağırıb.
Trend xəbər verir ki, bankdan verilən məlumatda bildirib ki, bu qərar agentliyin özünün biznes-səbəbləri nəzərə alınmaqla qəbul edilib.
Məlumata görə, 2017-ci ilin üçüncü rübünün yekunlarına görə, Bank VTB-nin depozit portfeli 183,4 milyon manat, kredit portfeli isə 304,5 milyon manat təşkil edib.