XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 12:40

“Goldman Sachs”dən hesabat:"OPEC və Rusiya 2018-ci ildə OPEC+ anlaşmasından ayrılacaq"

Neft bazarının balanslaşması və neft təklifinin azalması 2018-ci ilin ortasından etibarən Rusiya və OPEC-in neft hasilatının azaldılması ilə bağlı anlaşmadan ayrılmasına və hasilatı artırmasına səbəb olacağı proqnozlaşdırılır.

"Reuters" agentliyi xəbər verir ki, bu barədə məlumat ABŞ-ın nüfuzlu "Goldman Sachs" investisiya bankının hesabatında yer alıb.

Hesabatda bildirilib ki, ABŞ və digər qeyri-OPEC ölkələrində neft hasilatının 2018-ci ildə artacağı ehtimallarının yüksək olmasına baxmayaraq, 2018-ci ildə qlobal neft ehtiyatları mövsümi səviyyələrindən aşağı olacaq və II yarımillikdə azalmağa davam edəcək.

"Goldman Sachs" 2018-ci ildə "Brent" markalı neft üçün qiymət proqnozunu 62 dollar/barel səviyyəsində təsdiq edib.