XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 16:17

“Deutsche Bank”:"2018-ci ildə USD/EUR məzənnəsi 1,20 həddini ötəcək"

Bu il avronun dollarla müqayisədə önəmli dərəcədə möhkəmlənməsinə baxmayaraq, 2018-ci ildə də artımın davam edəcəyi və 1,20 USD/EUR həddini aşacağı proqnozlaşdırılır.

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, belə bir ehtimalla "Deutsche Bank"ın analitikləri çıxış ediblər.

Proqnozda bildirilir ki, "USD/EUR artıq bizim 2017-ci il üçün hədəfimiz olan 1,17 səviyyəsini ötüb və bu dinamika davam edə bilər. Almaniyada siyasi qeyri-müəyyənlik nəticədə müsbət bitərək Böyük Koalisiyanın yaranmasına səbəb ola bilər. Valyuta cütlüyünün impulsu çox yüksəkdir. Bu il USD/EUR 14% artım göstərib. Lakin bu elə də ekstremal rəqəm deyil. Belə ki, iki bölgə arasında ortaçəkili ticarət indeksində bu il 9% artım qeydə alınıb. 2018-ci ilin sonuna hədəfimiz 1,20 USD/EUR səviyyəsidir. Yəqin ki, məzənnə bu səviyyəni ötəcək".

"Avro öz ədalətli məzənnəsinə qayıdıb. Qlobal oyunçuların portfellərində avronun payı az olduğundan, ona tələb getdikcə daha da artır. Hələ ki, güclənən avronun Avropa iqtisadiyyatına mənfi təsirini görmürük. Avropa Mərkəzi Bankının (ECB) ilk faiz artımı da 2020-ci ildə gözlənilir", – deyə ekspertlər bildiriblər.