XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2017 - 10:18

Bitkoinin məzənnəsi kəskin azaldı –Yenə 18 faiz ucuzlaşdı

Hazırda dünyada ən populyar kriptovalyuta olan bitkoinin məzənnəsi sutka ərzində 18 faiz – 13 030 dollaradək azalıb.

Ötən bazar bitkoinin məzənnəsi 20 min dollara çatmışdı. Belə olan halda, rekord göstəricisi ilə müqayisədə bitkoinin məzənnəsi 30 faiz ucuzlaşıb. "Bitcoin Cash" alternativ kriptovalyutası da 30 faiz – 2536 dollaradək azalıb.

Ekspertlər məzənnəyə bu kriptovalyutanın gələcəyi ilə bağlı neqativ proqnozların təsir etdiyi qənaətindədirlər. Belə ki, "Bitcoin.com" şirkətinin həmtəsisçisi Emil Oldenburq bəyan edib ki, bitkoinin ticari valyuta kimi perspektivi yoxdur. Bitkoinin leqallaşdırıldığı azsaylı ölkələrdən biri olan Yaponiyanın maliyyə naziri isə bu kriptovalyutanın etibarlı aktiv olmadığını hesab edir.

"CoinMarketCap"ın hesabatına əsasən, kriptovalyuta bazarının kapitallaşması hazırda 589,472 milyard dollar təşkil edir. Bitkoinin payı isə burada təxminən 48,3%-dir.