XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

23 Dekabr 2017 - 10:04

Yeni aksiz dərəcələri müəyyən edilib- Gələn ildən Azərbaycana gətirilən aksizli mallar üçün

Gələn ildən Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli mallar üçün yeni aksiz dərəcələri müəyyən edilib. 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. 

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri” yeni redaksiyada təsdiq edilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra, 2018-ci il yanvarın 23-də qüvvəyə minir.

Qeyd edək ki, alkoqollu içkilər, etil (yeyinti) spirt və tütün məmulatı aksiz vergisinə cəlb olunur.