XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

23 Dekabr 2017 - 20:21

Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılacaq- Gələn həftə

Dekabrın 25-də Bakıda Rusiya İxrac Mərkəzinin (RİM) nümayəndəliyi açılacaq.

Azərtac Rusiya İxrac Mərkəzinə istinadla xəbər verir ki, RİM-in Bakıdakı ofisi Qrupun xarici ölkələrdə açılan nümayəndəliklərinin ümumi siyahısında İran, Qazaxıstan, Tacikistan və Vyetnamdan sonra beşincidir.

Açılış mərasimində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və RİM Qrupunun başçısı Pyotr Fradkov iştirak edəcəklər.

Xatırladaq ki, həmin gün Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının geniş iclası keçiriləcək. İclasda Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, həmçinin energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, inşaat və turizm məsələləri barədə danışılacaq. İnvestisiya layihələrinin və təşəbbüslərin inkişafı, həmçinin iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin şərtlərinin yaxşılaşdırılması iclasın əsas mövzusu olacaq.

Səfər çərçivəsində RİM Qrupu, həmçinin B2B görüşləri və iki ölkənin şirkətləri üçün işgüzar əlaqələr birjası təşkil edəcək.