XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2017 - 14:49

“Dəmirbank”ın səhmləri Fond Birjasında satışdan çıxarıldı –Palatanın qərarı

 

"Dəmirbank"ın səhmləri Bakı Fond Birjasında satışdan çıxarılıb.

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “Dəmirbank” ASC-nin bank lisenziyası ləğv edildiyindən, BFB-nin listinq qaydalarına uyğun olaraq, listinq komitəsinin qərarı ilə sözü gedən emitentin Bakı Fond Birjasında listinqdə olan aşağıdakı qiymətli kağızlarının delistinq edilməsi qərara alınıb:

 

№   Döv. Qeyd. nömrəsi  Q/k növü və forması Emitent Ticarətə buraxılan qiymətli kağızların sayı

1      AZ1001000145   Adi səhm      “DəmirBank” ASC      105 000 000 (ədəd)

2      AZ3001000141   İmtiyazlı səhm    “DəmirBank” ASC      90 000 (ədəd)

Qeyd edək ki, Fond birjasının şərtlərinə və tələblərinə uyğun gələn qiymətli kağızların tənzimlənən bazarda satışa çıxarılması listinq adlanır. Qiymətli kağızların listinqdən xaric edilməsi delistinq adlanır.