XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 Dekabr 2017 - 16:50

Azərbaycan bankları Dağlıq Qarabağa pul köçürmələri edən şirkətlə əməkdaşlığı dayandırır

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən pulköçürmə sistemləri və onların təqdim etdikləri xidmətləri təhlil edərək onların etibarlılığına və təhlükəsizliyinə nəzarəti davam etdirir.

 Palatadan “APA-Economics”ə verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qeyri-qanuni formada fəaliyyət göstərən pul köçürmə sistemləri də diqqət mərkəzində saxlanılır.

Palata tərəfindən aparılan araşdırmalar nəticəsində "MoneyPolo" pulköçürmə sisteminin beynəlxalq hüquqi normalarını və ölkəmizin ərazi bütövlüyünü tanımayaraq Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni formada pul köçürmələrini həyata keçirməsini və bunun çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində mühüm vasitə ola biləcəyi müəyyən edilib.

Qeyd olunanlar nəzərə alınaraq, ölkədə fəaliyyət göstərən banklara və “Azərpoçt” MMC-yə bu pulköçürmə sistemi ilə işgüzar münasibətlərin dayandırılmağı ilə bağlı tapşırıq verilib.