XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2017 - 18:32

Gələn il neftin qiyməti 70 dollara çata bilər –Sorğu

Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il anlaşmasını 2018-ci ilin sonuna qədər uzatması neft qiymətlərinə dəstək verəcək.

"Report" xəbər verir ki, bu barədə TASS agentliyi analitiklər arasında apardığı sorğuya əsasən, məlumat verib. Sorğuda müəyyən olunub ki, ekspertlərin fikrincə,  2018-ci ildə neft qiymətləri 60 dollar/bareldən baha satılacaq, bəzi hallarda isə 70 dollar/barelə qədər yüksələcək.

"Fitch" beynəlxalq reytinq agentliyinin korporativ maliyyə üzrə baş direktoru Maksim Edelsona (Maxim Edelson) görə, 2018-ci ildə ABŞ-ın neft hasilatı 10,3 mln. barel/günə qədər yüksələrək rekord müəyyənləşdirə bilər. Bununla yanaşı, Braziliya və Kanadada hasilatın 2018-ci ildə artması gözlənilir. Edelson qeyd edib ki, Agentliyin proqnozlarına görə, 2018-ci ildə inkişaf etmiş ölkələrin neft ehtiyatları 2017-ci illə müqayisədə 1,5% və ya 43 mln. barel arta bilər. ABŞ-ın neft ehtiyatlarında son zamanlar müşahidə olunan azalma isə Meksika körfəzindəki qasırğa ilə bağlı olub.

Edelson həmçinin bildirib ki, hazırda neft bazarının tarazlanması, əsasən, neft tələbatında artımla əlaqəlidir və 2018-ci ildə hasilatın artması ilə vəziyyət dəyişə bilər. "Skolkovo" biznes-məktəbinin Energetika Mərkəzinin direktoru Tatyana Mitrova isə bildirib ki, ucuz neft hasil edən yeni ölkələr OPEC+ anlaşmasının 2019-cu ildə bir qədər yumşaldılmış şəkildə davam etməsinə səbəb ola bilər.

M.Edelson Agentliyin 2018-ci ildə neftin 52,5 dollar/barel, 2019-cu ildə isə ortalama 55 dollar/barel olacağını proqnozlaşdırdığını bildirib.