XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 Dekabr 2017 - 21:40

Elvira Nabiullina:"Rusiyanın bank sektoru daha 2-3 il təmizlənəcək"

"Rusiya bank sektorunun xoşagəlməz oyunçulardan təmizlənməsi prosesi daha iki il davam edəcək".

"RİA Novosti" xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina "Rossiya24" telekanalına müsahibəsi zamanı deyib.

"Bir müddət sağlamlaşdırma prosesi davam edəcək. Yayda qiymətləndirmə apararkən bunun 2-3 il olacağını ehtimal etmişdik. Yəqin ki, iki il olacaq. Çünki prosesi bir qədər sürətləndirməliyik. Bundan sonra elə bir dönəmə keçmək istəyirik ki, bu dönəmdə lisenziyaların alınması və sanasiya qərarları tək-tük hallarda olsun", – o əlavə edib.