XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

25 Dekabr 2017 - 22:15

Nazir:"Azərbaycanın qeyri-neft idxalında Rusiya I yeri tutur"

Bu gün Bakıda Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclası keçirilib.

"Report"un verdiyi xəbərə görə, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, iqtisadi əlaqələrin inkişafı üçün yenə də böyük potensial var.

"Əlaqələrimiz bütün istiqamətlərdə inkişaf edir. Humanitar sahədə də əməkdaşlıq genişlənir. İki ölkə arasında ticarət dövriyyəsi artır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2017-ci ildə Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşları arasında 3-cü yeri tutur. Azərbaycana idxalda isə Rusiya I yerdədir. Həmçinin, Azərbaycanın qeyri-neft idxalında da Rusiya I yeri tutur", – deyə nazir əlavə edib.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin isə bildirib ki, Rusiya şirkətlərinin bu il Azəbaycanda invesitisiyaları 1,5 mlrd. dollar təşkil edib.