XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

26 Dekabr 2017 - 12:08

Bakıda 22 dövlət əmlakı özəlləşdirildi –Komitə hərrac keçirdi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Strateq.az Komitəyə istinadən xəbər evrir ki, hərracda dövlət əmlakının 4-ü Elektron Hərrac vasitəsilə özəlləşdirilib:

"Həmin əmlaklar Bakının Nəsimi, Yasamal, Suraxanı rayonlarında yerləşən qeyri-yaşayış sahələri və UAZ-31519 markalı nəqliyyat vasitəsi olub.

Ümumilikdə, hərracda 22 dövlət əmlakı sahibini tapıb. Bunlardan 2-i kiçik dövlət müəssisə və obyekti, 16-ı qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış sahəsi, 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 kiçik dövlət müəssisəsi və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Paytaxtın Nəsimi rayonunda yerləşən sahəsi 25 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 3 min 500 manat olsa da, 10 min 500 manata sahibini tapıb. Eyni zamanda, Nəsimi rayonunda yerləşən sahəsi 15,2 kv.m olan digər qeyri-yaşayış sahəsinin ilkin qiyməti 2 min 250 manat olmasına baxmayaraq edilən təklif 6 min 350 manatadək yüksəlib.

Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 12-si paytaxtda, 4-ü isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 6-ı Nəsimidə, 2-i Yasamalda, 2-i Nizamidə qalanı isə müvafiq olaraq Suraxanı və Nərimanov rayonlarında yerləşir".