XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

26 Dekabr 2017 - 20:06

Bağlanan bankın əmanətçilərinə 63,5 miyon manat kompensasiya ödəniləcək –Rəsmi

Lisenziyası ləğv edilən “DəmirBank”da kompensasiya olunan əmanətlərin həcmi 63,5 milyon manat təşkil edir.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından (Palata) Strateq.az-a daxil olan məlumata görə, palatanın Direktorlar Şurasının dekabrın 22-si tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası bu il dekabrın 23-dən etibarən ləğv edilib:

"Banklar tərəfindən Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) hesabatlar rüblük əsasda təqdim edildiyindən ən son hesabat bu il sentyabrın 30-u tarixinə olub. Bu tarixə olan hesabata görə, bankda 66 min 286 nəfər əmanətçinin 81,5 milyon manat fond tərəfindən kompensasiya olunan əmanəti olub. Dekabrın 22-də bankın lisenziyası ləğv edildikdən sonra qorunan əmanətlərin həcmi ilə bağlı bankda ilkin qiymətləndirmə aparılıb. Aparılan ilkin qiymətləndirmələr göstərir ki, kompensasiya olunan əmanətlərin həcmi hesablanmış faizlərlə birlikdə 55 min 213 nəfər üzrə 63,5 milyon manat təşkil edir. Əmanətçilərin 52 min 732 nəfərinin əmanəti 1000 manatdan aşağıdır".

Məlumata görə, ilkin qiymətləndirmələr göstərir ki, bankda kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 mln manat təşkil edir: "“DəmirBank”ın kredit ödəyiciləri ödənişlərini bankın istənilən filialında, rəsmi internet səhifəsi üzərindən (www.demirbank.az), həmçinin «MilliÖN» ödəniş sistemi vasitəsi ilə həyata keçirə bilərlər.

Bankda aparılan işlər, həmçinin ƏSF tərəfindən ödəniləcək kompensasiyalarla bağlı daha ətraflı məlumatlar dekabrın 29-da təşkil ediləcək mətbuat konfransında açıqlanacaq".