XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

27 Dekabr 2017 - 16:06

Gələn il qlobal neft sektoruna investisiyalar artacaq- 260 milyard dolları ötəcək

2018-ci ildə qlobal neft sektoruna investisiyaların 2017-ci illə müqayisədə 4,5% və ya 11,3 mlrd. dollar artaraq 261,6 mlrd. dollara yüksəlməsi gözlənilir.

"Report" xəbər verir ki, bu proqnozu "Bloomberg Intelligence" keçirdiyi sorğunun nəticələrinə əsasən yayıb. Lakin bu göstərici 2013-cü ildəki  tarixi maksimal həddən (495,9 mlrd. dollar) 1,9 dəfə azdır.

"Wood Mackenzie" energetika konsaltinq və araşdırma şirkətinin hesabatında bildirilir ki, yeni ildə yatırılacaq investisiyaların 80%-i yeni layihələr üzrədir. Neft hasil edən şirkətlər yatırımlarını əsasən şist neft sektoruna etmək istədiklərini bildiriblər. Belə ki, şist neft yatağını sərt yer qatında bir günə və cəmisi bir neçə milyon dollara qazmaq mümkündür. 

OPEC-in proqnozlarına görə, yaxın 4 ildə şist neft hasilatı 7,5 mln. barel/günə çatacaq. Beynəlxalq Energetika Agentliyi isə hesabatında qeyd edib ki, şist neft hasilatında artım yüksələn neft tələbini tam təmin etməyə bilər. Bu səbəbdən, ənənəvi layihələrə investisiyalar qaçılmaz olacaq. Kanadanın "Suncor Energy" neft şirkətinin ekspertləri düşünürlər ki, ənənəvi layihələrə investisiyalar artırılmasa, 2019-cu ildə neft bazarı kəsirlə üzləşə bilər.