XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

28 Dekabr 2017 - 15:23

İqtisadçı Samir Əliyev:"Banklar riskli kreditləşmədənsə, asan pul qazanmaq yolunu seçiblər"

"2017-ci ildə Mərkəzi Bank tərəfindən 60 depozit hərracı keçirilib. Hərracların nəticəsi olaraq il ərzində Mərkəzi Bank kommersiya banklarına təxminən 46,9 milyon manat məbləğində faiz ödəyib".

Strateq.az xəbər ki, bu haqda iqtisadçı Samir Əliyev sosial şəbəkədə yazıb.

İqtisadçı deyib ki, bu, bankların 2017-ci ilin 10 ayı ərzində depozitlərə görə müştərilərə ödədikləri faizlərin 15%-i, müştərilərdən alınan kredit faizlərinin 4%-i qədərdir:

“Faiz dərəcələrinin aşağı həddi 10,1, yuxarı həddi isə 14,87% olub. Müddəti isə 14 gün olub. Mərkəzi Bankın 10 milyard manatlıq depozit təklifinə qarşı bankların tələbi ümumilikdə 25,2 milyard manat olub. Tələb təklifi orta hesabla 2,5 dəfə üstələyib. 60 hərracın yalnız 5-də tələb təklifdən az olub. Bəzi hərraclarda tələb təklifi 3-4 dəfə üstələyib. Hətta avqustda tələb daha da artıb və üstələmə 6-7 dəfə olub. Mərkəzi Bankın keçirtdiyi depozit hərracının əsas məqsədi dövriyyədəki pul kütləsini tənzimləmək, artıq pul kütləsinin valyuta bazarına yönəldilməsinin qarşısını almaqdır. Elə buna görə də Mərkəzi Bankın “sandığında” dövrü olaraq 400-900 milyon manat civarında vəsait saxlanılıb".

Samir Əliyev bildirib ki, hərracın digər məqsədi isə banklara dəstək verməkdir:

"Mərkəzi Bank yola saldığımız ildə hər banka orta hesabla 1,5 milyon manat verib. Banklar riskli kreditləşmədənsə, asan pul qazanmaq yolunu seçərək vəsaitləri depozit şəklində baş bankda yerləşdirməyə üstünlük veriblər”.

Qeyd edək ki, depozit hərracı 2016-cı ilin ortasından keçirilməyə başlanıb. İlk hərrac iyunun 13-də təşkil edilib və ilin sonuna kimi 26 hərrac keçirilib.