XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2017 - 12:28

Putin minimum əmək haqqını qaldırdı –Rusiyada ən aşağı maaş 200 dollara yaxın oldu

Rusiya prezidenti Vladimir Putin minimal əmək haqqının yaşayış minimumu səviyyəsinə qaldırılması  barədə qanunu imzalayıb.

Strateq.az bildirir ki, bu qanun Dövlət Duması və Federasiya Şurası tərəfindən qəbul edilib.

Yanvar ayından minimal əmək haqqı yaşayış minimumunun 85 faizini təşkil edəcək. Bu 9489 rubl deməkdir. Bir ildən sonra isə bu göstərici 100 faizə çatacaq. Hazırda Rusiyada minimum əmək haqqının miqdarı 7800 rub təşkil edir.  

Ekspertlər hesab edir ki, qanunun təsdiqi  işləyən yoxsulların problemlərinin bir qismini həll edə bilər. Amma bu qanunun risk daşıyacaq amili də var. Belə ki, işverənlər –sahibkarlar biznesin “boz” sxemlərinə keçə, ölkədə qiymətlər qalxa bilər.