XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Yanvar 2018 - 16:11

Polşa Rusiyaya qazla bağlı şərt qoydu:"Çətin vəziyyətə salan səhvlərimizi təkrar etməməliyik"

Polşa Rusiyadan qaz alışını davam etdirə bilər, amma yeni müqaviləni öz şərtləri ilə imzalayacaq.

Bunu “Pravna” qəzetinə müsahibəsində PGNiG neft-qaz şirkətinin rəhbəri Maçey Vojnyak söyləyib. Onun sözlərinə görə, hazırkı razılaşma çox köhnəlib:

“Polşanı çətin vəziyyətə salan səhvlərimizi təkrar etməməliyik. Neqativ məsələləri özündə əks etdirən razılaşmanı imzalamaq istəmirik. Polşa Rusiyadan qazı normal şərtlər daxilində alacaq. Əgər “Qazprom”la müqavilə imzalansa, bu, uzunmüddətli olmayacaq”.

Qeyd edək ki, Polşanın Rusiya ilə qaz razılaşması 2022-ci ildə başa çatacaq/Axar.az.