XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2018 - 09:40

Bakıda avtomobillərin qiyməti bahalaşıb –Satış aşağı düşüb

Dekabr ayı ərzində avtomobil bazarında satışlarda, eləcə də "online" avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub.

Bu barədə Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib

V.Hüseynov bildirib ki, ilin sonu olduğu üçün durğunluq gözlənilən idi, ancaq buna baxmayaraq avtomobil bazarında qiymətlərdə 15-20 faiz artım qeydə alınıb. Onun sözlərinə görə, qiymətlərdə artıma səbəb Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumunun dəyişəcəyi ilə bağlı yayılan məlumatlar olub.

Ekspert qeyd edib ki, qiymət artımı satışın daha da azalmasına səbəb olub. V.Hüseynov hesab edir ki, bu il yeni avtomobillərin satışı daha aktual olacaq. Onun sözlərinə görə, bəzi banklar və bank olmayan kredit təşkilatları avtomobil kreditləri verməkdə davam edir və digər banklar da öz kredit portfelinə yenidən baxacaqlar, bu növ kreditlər daha da aktuallaşacaq.