XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2018 - 12:36

ABŞ-ın neft hasilatı rekord həddə çatacaq- Enerji İnformasiya Administrasiyası

2018-ci ildə ABŞ-ın neft hasilatı rekord həddə çatacaq.

Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft istehsalı 2017-ci ildə gündəlik orta hesabla 9,3 milyon barrel olub.

EIA-ya görə, keçən ilin dekabr ayında isə ABŞ-da neft hasilatının gündəlik 9,9 milyon barrel səviyyəsində reallaşdığı nəzərdə tutulur. 2018-ci ildə ABŞ-ın neft istehsalının gündəlik 10,3 milyon barrel olması və 1970-ci ildəki rekord hasilatı – gündəlik 9,6 milyon barreli keçməsi proqnozlaşdırılır. 2019-cu ildə ölkədə neft hasilatının gündəlik orta hesabla 10,8 milyon barrelə çatması və həmin ilin noyabrında isə sutkalıq 11 milyon barreli ötməsi gözlənilir.