XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

10 Yanvar 2018 - 15:26

Çinin ABŞ istiqrazlarının alışından imtina etməsidolları ucuzlaşdırıb

Dollar qlobal valyuta bazarında sərt satışla üzləşib.

"Report" xəbər verir ki, buna səbəb Çin hökumətinin ABŞ dövlət istiqrazlarını almaq qərarına yenidən baxmaq istəməsi xəbərləri olub. Çin hökumətinin rəsmiləri ABŞ dövlət istiqrazlarının alışını azaltmaq və ya ümumiyyətlə dayandırmaq istədiklərini bildiriblər.

Xəbərin açıqlanmasından sonra USD/EUR məzənnəsi 1,1920 səviyyəsindən 1,2010 səviyyəsinə qədər yüksəlib. Xatırladaq ki, Çin ABŞ dövlət istiqrazlarının ən böyük alıcısıdır. Onun əlində 1,18 trln. dollar, Yaponiyada 1,096 trln. dollar, İrlandiyanın əlində isə 310,8 mlrd. dollarlıq ABŞ dövlət istiqrazları var.