XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2018 - 21:36

“Petkim”ə “B1” reytinqi verildi –"Moody's" beynəlxalq reytinq agentliyi tərəfindən

"Moody's" beynəlxalq reytinq agentliyi ilk dəfə olaraq "Petkim Petrokimya Holding A.Ş."nin korporativ reytinqini və mümkün defolt reytinqini "B1" səviyyəsində təyin edib. 

"APA-Economics" agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz stabildir. 

"Şirkətin B1 reytinqi  onun Türkiyədə dayanıqlı bazar mövqeyini və likvidliyin zəif olmasına baxmayaraq yüksək kredit göstəricilərini tarazlaşdırır", – deyə agentliyin vitse-prezidenti, baş analitik Rehan Əkbər qeyd edib.