XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2018 - 20:01

Manata inam tam formalaşmayıb —EKSPERT RƏYİ

 

Xəbər verdiyimiz kimi 2017-ci il dekabrın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 370 mln. 600 min manat təşkil edib.

Bunun da 2 mlrd. 285 mln. 500 min manatı və ya 31,01% milli  valyuta, 5 mlrd. 85,1 mln. manatı və ya 68,99% isə xarici valyuta ilə yerləşdirilib. İqtisadçı-alim Vüqar Bayramov "Ölkə.Az"a bildirib ki, manatın uzun müddətli stabil qalması lazımdır ki, depozit yığımlarında manatın həcminin artımına nail olmaq mümkün olsun.

Onun sözlərinə görə, dollarla yerləşdirilən əmanətlərin sayı 82%-ə qədər yüksəlməsini nəzərə alsaq, 2017-ci ilin yekununda müqayisəvi şəkildə banklarda manatla saxlanılan əmanətlərin sayında artımlar  qeydə alınıb: “Manatın 2017-ci ilin fevral ayından etibarən stabil qalması və manatla yerləşdirilən əmanətlərin yüksək faizdə (manatla sığortalanan əmanətlər 15%) olması manatla saxlanılan əmanətlərin səviyyəsinə təsir göstərib. Azərbaycan banklarının böyük əksəriyəti xairici valyutadakı depozitləri 1% bəzi hallarda isə 0,5%-lə cəlb edilir. Buna baxmayaraq yenə də xarici valyutada saxlanılan əmanətlərin faizi yüksəkdir (dollarla sığortalanan əmanətlər 3%). Ona görə də, əmanətlərin 3/2 -dən çoxu xairici valyutadadır. Hazırda manatın tam formalaşdığını söyləmək çox çətindir. Manat təxminən 1 (bir) ilə yaxındır stabil qalmasına baxmayaraq manata inamın artan formalaşmasına nail olmaq mümükün olmayıb".

V.Bayramov həmçinin qeyd edib ki, statistika ondan xəbər verir ki, manatın müqayisəvi şəkildə depozit portfelində sayı artıb. Buna rəğmən xarici valyuta dominantı manata inam formalaşması üçün manatın stabil qalması ehtiyac var. Buna görə də manatın uzun müddətli stabil qalması lazımdır ki, depozit yığımlarında manatla həcminin artımına nail olmaq mümkün olsun.