XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

15 Aprel 2015 - 06:15

Türkiyədə AES-in inşası başlandı

Tikinti 19 milyard avroya başa gələcək

Türkiyənin Mərsin vilayətində ilk atom elektrik stansiyasının inşasına start verilib.

Strateq.az Türkiyə KİV-ə isnadən bildirir ki, inşaatı Rusiyanın “Rosatom” şirkəti aparacaq və proses 19 milyard avroya başa gələcək.

“Akkuyu” AES-nin bünövrəsini ölkənin energetika naziri Taner Yıldız və “Rosatom”un rəhbəri Sergey Kiriyenko qoyublar. Taner Yıldız deyib ki, “ölkə atom enerjisi olmadan inkişaf edə bilməz. Bu stansiya 10 il öncə tikilsəydi, təbii qaz alışında13 milyard avroya qənaət edərdik “.

Türkiyə 2030-cu ildə daha iki AES inşa etməyi planlaşdırır.