XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 January 2018 - 20:56

“Bitcoin” dəyər itirib:10 min dollardan aşağı düşüb

“Bitcoin”in dəyəri 10 min dollardan aşağı düşüb.

“APA-Economics” xəbər verir ki, bu, “Coindesk” portalındakı rəqəmlərdə öz əksini tapıb.

Belə ki, 2017-ci ilin noyabrından bəri ilk dəfə bu gün “Bitcoin”in qiyməti 9,707 dollara enib. Ötən ilin dekabrında isə “Bitcoin” rekord həddə – 20 min dollara qədər bahalaşıb.

Qeyd edək ki, Çin və Cənubi Koreyanın “Bitcoin”lə əməliyyatların aparılmasını məhdudlaşdırmaq və ya qadağan etmək istəyi ilə bağlı yayılan xəbərlər bu kriptovalyutanın ucuzlaşmasına səbəb olub.