XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

18 Yanvar 2018 - 23:18

Azərbaycan neftinin qiyməti cüzi düşdü –0,05 dollar/barel

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 17-də 70,93 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,05 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 17-də 70,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 17-də 67,82 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,11 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 17-də 69,36 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,31 dollar/barel azdır.