XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

19 Yanvar 2018 - 14:10

Milli Məclis Rəqabət Məcəlləsini gündəlikdən çıxardı  –Biznesmenlərin gözlədiyi qanun nə zaman qəbul olunacaq?

Rəqabət Məcəlləsi Milli Məclisin yaz sessiyasında müzakirə edilməyəcək.

Modern.az-ın məlumatına görə, Rəqabət Məcəlləsinin müzakirə edilməsi “Milli Məclisin 2018-ci il yaz sessiyasının işlər planına” daxil edilməyib.

Bu da o deməkdir ki, Məcəllə 2018-ci ilin yaz sessiyasında da qəbul edilməyəcək.

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi 2-ci oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib. Artıq 11-ci ildir ki, bu qanun qəbul olunmur. Məcəllədə əsas məsələlər rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, ixrac yönümlü məhsulların istehsalını təşkil etmək, inhisarçılığı aradan qaldırmaq nəzərdə tutulub.