XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

19 Yanvar 2018 - 21:25

Beynəlxalq Enerji Agentliyi:ABŞ-da neft istehsalı böyük həcmdə artacaq

Bu il ABŞ-da neft istehsalı böyük həcmdə artacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Bildirilir ki, ABŞ-da neft hasilatı “qara qızıl”ın qiymətinin bahalaşmasının təsiri ilə maksimum həcmdə artım göstərəcək. ABŞ-da istehsal artımı Venesuela hasilatın azalmasını kompensasiya edə biləcək.

“Goldman Sachs” və OPEC-in analitikləri də cari ildə ABŞ-da neft istehsalının son üç ilin ən yüksək səviyyəsinə çatdığını bildiriblər. ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ötən hesabat həftəsində ölkədə xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 258 min barrel artaraq 9,75 milyon barrelə yüksəlib.