XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 January 2018 - 21:41

WTI markalı neftin qiyməti 65 dolları ötüb- 2014-cü ildən etibarən ilk dəfə

Dünya birjalarında neft bahalaşmaqdadır.

"APA-Economics" xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,99% artaraq 65,11 dollar təşkil edib.

Beləliklə WTI markalı neftin 1 barelinin qiyməti 2014-cü il, dekabrın 8-dən etibarən ilk dəfə olaraq 65 dolları ötüb.

Brent markalı neftin qiyməti isə 0,19% artaraq $70,09 dollar təşkil edib.