XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

26 Yanvar 2018 - 22:35

“Moody’s” Azərbaycan Beynəlxalq Bankının reytinqini artırıb –Açıqlama

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) xarici və yerli valyuta cinsindən depozit reytinqini "Caa1" səviyyəsindən "B3" səviyyəsinə yüksəldib. 

"Report" xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.  ABB-nin baza kredit qiymətləndirilməsi "caa3"dən "caa2"ə, uzunmüddətli qarşılıqlı risk qiymətləndirilməsi isə "B3"dən "B2"yə çatdırılıb.

Məlumatda həmçinin qeyd olunub ki, ABB-nin uzunmüddtli depozit reytinqləri müsbət gözləntilər yaradır. Reytinq qiymətləndirmələri, onun restrukturizasiya proqramının tamamlandığını əks etdirir. Kapitalın adekvatlıq əmsalı normadan artıqdır, pis aktivlərin satışından sonra kredit portfelinin keyfiyyəti yaxşılaşıb, maliyyələşdirmə xərcləri azalıb.

Eyni zamanda Bankın reytinqi Azərbaycanın hazırki çətin iqtisadi vəziyyətində yüksək səviyyədə açıq xarici valyuta mövqeyi səbəbindən məhdudlaşdırılır.