Növbəti 4 ildə Azərbaycanın ümumi daxili məhsulunun artımı orta hesabla 3,3 faiz təşkil edəcək.
Azərtac xəbər verir ki, bu barədə "Standard&Poor's" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir. Agentlik Azərbaycanın xarici və yerli valyutada qısa və uzunmüddətli suveren kredit reytinqini "BB+/B" səviyyəsində təsdiqləyib.
Hesabatda xarici valyuta ehtiyatlarının artması, büdcənin profisitlə icra olunacağının proqnozlaşdırılması və ölkənin iqtisadi inkişaf göstəricilərində gözlənilən artım reytinq üzrə proqnozun yaxşılaşdırılmasına əsas səbəblər kimi göstərilib.