XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2018 - 10:34

Ötən il 877 dövlət əmlakı özəlləşdirilib –Dövlət Komitəsi açıqladı

2017-ci il ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə, 197 hərrac keçirilib.

Bu dövrdə 877 dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Trend-in məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində 2017-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilən müşavirə bildirilib. Qeyd olunub ki, keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrə hesabat dövrü ərzində 6 milyon manat investisiya yatırılıb, 132 yeni iş yeri yaradılıb.