XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

01 Fevral 2018 - 13:59

Deputat Əli Məsimli:"Problemli kreditlərin restrukturizasiyası ilə bağlı qanun qəbul olunmalıdır" 

Azərbaycanda problemli kreditlərin restrukturizasiyası ilə bağlı qanun qəbul olunmalıdır. 

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. 

Onun sözlərinə görə, ölkədə vaxtı keçmiş kreditlərin xüsusi çəkisi təhlükəli həddə çatıb və belə bir qanunun qəbulu kredit problemi ilə üzləşmiş insanların gözləntilərinin özünü doğrultmasında mühüm roy oynaya bilər. 

Report