XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2018 - 12:36

Azərbaycan Beynəlxalq Bankının rəhbəri London məhkəməsinə etiraz etdi:“Qərardan şikayət edəcəyik"

Azərbaycan Beynəlxalq Bankına (ABB) qarşı London məhkəməsinin son qərarından apellyasiya şikayəti olacaq.

Bu açıqlamanı ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov FED.az-ın suallarını cavablandırarkən bildirib.

Xalid Əhədovun sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya olunan öhdəliklərinin həcmi 3,3 milyard dollardır: “Bunu dəfələrlə elan etmişik ki, kreditorların 94%-i restrukturizasiya planının leyhinə səs verib. Kreditorların yalnız 6%-i planın əleyhinə səs verib və ya səsvermədə ümumiyyətlə iştirak etməyib. Plana qarşı etiraz bildirən kreditorlar öhdəliklərin ümumi məbləği nisbətində 4 – 5% təşkil edir. Gözlənilən idi ki, bu kreditorlar hər hansı qaydada öz maraqlarını qorumağa çalışacaqlar. Və çox normal bir haldır ki, onlar bunu etdilər”.

Qeyd edək ki, informasiyalarda 500 milyon dollarlıq məbləğdən söhbət gedir. Bu məbləğlə bağlı ABB sədrinin açıqlamaarı isə belə oldu: “Bu məbləğ 500 milyon dollar deyil. Sadəcə bankın 2014-cü ildə buraxılmış və ümumi məbləği 500 milyon ABŞ dolları olan avrobondlarından bir qismi “Franklin Tempelton” fondu tərəfindən idarə olunur. Bu məbləg 500 milyon dolların 25-30%-i civarındadır. Qiymətli kağızların sahibləri ilə bağlı identifikasiya prosesinin xüsusiyyətini nəzərə alaraq dəqiq məbləğ barədə danışmaq olmur. 4 – 5% -dək dedikdə isə söhbət 3,3 milyard dolların 4 – 5%-dən gedir. Bunlar iki təşkilatdır: biri Rusiya “Sberbank”ı, digəri “Franklin Templeton” fondudur”.

Cənab X.Əhədov bildirdi ki, bank məhkəməyə müraciət etməyə hazırlaşır. Bu müqavilələrin hamısı İngiltərə yuridiksiyasına aid olduğuna görə, onların məhkəmələri hansı qərar çıxaracaqsa, tərəflər də ona riayət edəcəklər.