XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

02 Fevral 2018 - 15:20

Azərbaycan İqtisadi Azadlıq İndeksində mövqeyini yaxşılaşdırıb –"The Heritage Foundation" analitik mərkəzi

Azərbaycan Amerikanın tanınmış "The Heritage Foundation" analitik mərkəzinin tərtib etdiyi 2018-ci il üzrə İqtisadi Azadlıq İndeksində mövqeyini yaxşılaşdırıb.

Trend-in məlumatına görə, yeni tərtib olunmuş indeksdə Azərbaycan 64,3 bal toplamaqla (il üzrə 0,7 bal daha yaxşı) 173 ölkə arasında 67-ci yeri tutub. İndeksdə bildirilir ki, Azərbaycan "azad biznes", "azad ticarət", "əmlak hüququ" və digər kateqoriyalar üzrə mövqelərini yaxşılaşdırıb.

Daha sonra yeni indeksdə qeyd olunur ki, Asiya-Sakit okean regionunda isə Azərbaycan 43 ölkə arasında 14-cü yeri tutub. "The Heritage Foundation" ekspertləri bildirirlər ki, Azərbaycanın qazandığı orta bal region üzrə orta bal göstəricisini üstələyir.