XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 February 2018 - 20:13

Dolları bahalaşdıran rəqəmlər –ABŞ-da hər saat üçün maaşlar son 10 ildə rekord səviyyəyə qalxıb

Qlobal bazarların səbirsizliklə gözlədiyi ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı və işsizlik nisbəti açıqlandı. 2018-ci ilin Yanvar ayında ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq 200 min artıb. Məşğulluğun 184  min artacağı gözlənirdi.

Beləliklə, açıqlanan fakt proqnozu üstələyib.  Yanvarda işsizlik nisbəti 4,1%-də qalıb. Dekabrda da işsizlik 4,1% təşkil etmişdi. Yanvarda orta saatlıq maaşlar 2017-nin dekabr ayı ilə müqayisədə 0,3% artıb. Proqnoz da 0,3% idi.

Orta saatlıq maaşlar illik (2017-cı ilin Yanvar ayı ilə müqayisədə) 2.9 faiz artaraq, 2009-cu ildən bu yana ən güclü yüksəlişini qeyd edib. Proqnozları qarşılayan məlumatlar açıqlandıqdan sonra Dollar bahalaşmağa başlayıb. Bakı vaxtı ilə saat 17:33-ə olan məlumata görə, dollar avro qarşısında 0,4% dəyər qazanıb. Məzənnə 1.2463 səviyyəsinə geriləyib. Səhər saatlarında avro/dollar məzənnəsi 1.25 səviyyəsinin üzərində idi. (FED.az)