XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2018 - 22:16

Azərbaycanda ilk özəl kredit bürosu fəaliyyətə başlayıb –Baş direktor təyin olunub

Azərbaycanda fəaliyyət göstərən 8 bankın təşəbbüsü ilə ölkəmizdə ilk özəl kredit bürosu – “Azərbaycan Kredit Bürosu” MMC yaradılıb.

Hazırda qurumun maddi-texniki bazasının formalaşdırılması və strategiyasının hazırlanması istiqamətində işlər aparılır. Büro kredit təşkilatları ilə müqavilələrin imzalanması prosesinə başlayıb.

 “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank Respublika” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank KB” ASC və “Ziraat Bank Azərbaycan” ASC-nin birgə təşəbbüsü ilə təsis olunan büronun Baş Direktoru Elçin Həbibov təyin edilib.

Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edəcəkdir.