XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

02 Fevral 2018 - 23:15

Bank sektorunun vəziyyəti açıqlandı –RƏQƏMLƏR

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanın bank sektoru ilə bağlı vəziyyəti açıqlayıb.

FED.az Palataya istinadən xəbər verir ki, 31 dekabr 2017-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri  27 921.0 mln. manat, cəmi öhdəlikləri isə 24 211.8 mln. manat təşkil edib. Sektorun balans kapitalı 3 709.2 mln. manat, əhalinin əmanətləri isə 7 542.5 mln. manat olub. Dekabr ayında əhalinin əmanətləri 2.7% və ya 195.9 mln. manat artıb.

 Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 142, bankomatların sayı 2 431 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 171 nəfər təşkil edib. Dekabr ayında  sektorda  filial  və  ATM  sayının azalması əsasən “Dəmir Bank” ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı olub. “Dəmir Bank” ASC nəzərə alınmadan dekabr ayında sektorda işçi sayı 63 nəfər artıb.