XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2018 - 16:32

Azərbaycanda dollarlaşma səviyyəsi yenidən artır- Mərkəzi Bank

Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2018-ci il yanvarın 1-nə 66,5% təşkil edib. Dekabrın əvvəlinə bu göstərici 68,99%, ötən il yanvarın 1-nə isə 79,63% olub.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, cəmi depozit bazasında dollarlaşma dərəcəsi yanvar ayının 1-nə 72,4% olub. Keçən ay bu göstərici 72,08%, 2017-ci il yanvar ayının 1-nə isə 75,29% təşkil edib.

Kreditlərin strukturunda isə dollarlaşma dərəcəsi 2018-ci il yanvarın 1-nə 40,86% təşkil edib. Dekabrın 1-nə dollarlaşma dərəcəsi 40,63%, ötən ilin əvvəlinə isə 47,32%-ə bərabər olub.