XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2018 - 17:03

Azərbaycanda banklararasıvalyuta kreditləri ucuzlaşıb

Azərbaycanda xarici valyutada ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi illik 4,93% təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabata əsasən, xarici valyuta ilə banklararası kreditlər üzrə orta faizlərdə 2,2 dəfə və ya 5,78 faiz bəndi ucuzlaşma qeydə alınıb. Belə ki, 2017-ci il dekabrın 1-nə bu kreditlərdə orta faiz illik 10,71% təşkil edib.

Qeyd edək ki, 2018-ci il yanvarın 1-nə manatla banklararası kreditlər üzrə orta faiz isə illik 11,80% olub, bu da aylıq müqayisədə 3,91 faiz bəndi artım olmasını göstərir.