XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2018 - 10:14

Ekspertdən narazılıq:"Banklar hesabatları istədikləri kimi açıqlayırlar"

“Azərbaycanda bankların vahid hesabatlılığna qarşı minimum standartlar müəyyən edilməlidir”.

Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə məhz belə standartların olmaması nəticəsində banklar aylıq-rüblük hesabatları istədikləri kimi tərtib edir və bəzən burada bankın vəziyyətini müəyyən etməyə imkan verən mühüm məlumatlar yer almır: “Problem ondadır ki, bəzi banklar aktiv və öhdəliklərinin valyuta strukturunu açıqlayır, bəziləri yox. Bir qism banklar əhali və qeyri-əhali, həmçinin maliyyə və qeyri-maliyyə depozit və əmanətlərini həcmini hesabatlarda ayrıca göstərir, o biri qismi hesabata ümumi məlumat daxil etməklə kifayətlənir. Yaxud hansısa bank kreditlər əhali və qeyri-əhali qrupları, hətta kiçik və iri biznes üzrə kreditlərin həcmini detallı və ayrıca açıqlayır, başqa bir bank kreditlərin ümumi həcmini göstərməklə kifayətlənir– deyə iqtisadçı bildirib.

R.Ağayev qeyd edir ki, bank sektorunun şəffaf və müfəssəl statistikası bu sektorun düşdüyü ağır böhrandan çıxması üçün ən öndə olan şərtlərdən biri, bəlkə də birincisidir: “Minimum standartdan yuxarı əlavə məlumatlar açıqlamağa maksimum təşəbbüs göstərmək artıq banklar üçün başucalığıdır…”. (Fed.az)