XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

06 Fevral 2018 - 12:17

Sahibkarlara hansı güzəştlər olacaq? –Prezident yeni dəyişikliyi təsdiqlədi

Azərbaycan prezidenti İlham Əliyev “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Strateq.az xəbər verir ki, qanuna aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilib:

Maddə 4-1. Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü

Sahibkarlıq subyektləri bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlara görə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlar əsasında həyata keçirilir.