XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

07 Fevral 2018 - 17:37

“Goldman Sachs”:"Qızıl bahalaşa bilər"

Dünyada geosiyasi vəziyyətin daha təhlükəli hal alması durumunda qızılın qiyməti 2018-ci ilin sonuna qədər 1 500 dollar/unsiyaya kimi yüksələ bilər. 

"Report" xəbər verir ki, bu proqnozla ABŞ-ın nüfuzlu "Goldman Sachs" bankının Qlobal xammal araşdırmaları Departamentinin rəhbəri Cefri Köri (Jeffrey Currie) çıxış edib.

"Çin və Cənub-Şərqi Asiya ölkələri, həmçinin inkişaf etməkdə olan ölkələr tərəfindən tələb artmaqda davam edir və bu, qiymətləri artırır", – deyə Körri "Bloomberg" telekanalına müsahibəsində bildirib. 

Körri "Goldman Sachs"ın normal durumda 2018-ci ilin sonu üçün qiymət proqnozunun 1 375 dollar/unsiya, geosiyasi gərginlik yaranacağı təqdirdə isə, 1 400 dollar, hətta 1 500 dollar/unsiyaya yüksəlmə ehtimalının olduğunu qeyd edib.