XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2018 - 17:52

“Türk axını” boru kəmərinin tikinti xərci artdı:"Təxminən 7 milyard dollar qiymətləndiririk”

“Türk axını” boru kəmərinin inşası layihəsinin icrası 7 mlrd. ABŞ dollarına başa gələcək.

“İnterfax” agentliyi xəbər verir ki, bunu “Gazprom” şirkəti İdarə Heyətinin sədr müavini Andrey Kruqlov Londonda investorlarla keçirilən görüşdə bildirib.

“İlkin olaraq, layihənin dəyərinin 6 mlrd. dollar olacağını hesab edirdik, indi isə təxminən 7 mlrd. dollar qiymətləndiririk”, – deyə A.Kruqlov deyib.

“Gazprom” rəsmisi layihə maliyyələşdirilməsinin mümkünlüyünü istisna etmədiklərini qeyd edib: “Lakin hazırkı reallığa əsasən, “Türk axını” boru kəmərinin tikintisi böyük ehtimalla “Gazprom”un vəsaiti və sonra “Şimal axını 1” layihəsində olduğu kimi xüsusi istiqrazlar hesabına maliyyələşdiriləcək”.

Report