XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2018 - 14:24

Oqtay Əsədovdan təklif:"İnvestor bilməlidir ki, burda qazanc var"

Qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb və əsasən, konseptual təklifləri irəli sürülməlidir.

Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov “Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatların iradlarına münasibət bildirərkən deyib.

Spiker bildirib ki, söhbət investorlar üçün əlverişli şəraitin yaradılmasından gedir:

“Nə üçün əcnəbilər bura investisiya qoymaqda maraqlı olmalıdır? Bunun üçün müvafiq şərait yaradılmalıdır, investor bilməlidir ki, burda qazanc var. Məlumat üçün deyim ki, dünyada 3500 azad iqtisadi zona var, lakin onların cəmi 150-si normal işləyir. Niyə? Çünki normal şərait yaradılıb. Təklif edirəm ki, qanun layihəsinə konseptual yanaşaq”.

Teleqraf.com