XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2018 - 21:48

ABŞ dünyanın ən böyük neft ixracatçısı olur:“Bu templə tezliklə Səudiyyə Ərəbistanını keçəcək"

ABŞ neft hasilatı sahəsində bu ilin sonu lider ola bilər.

Bu informasiya Beynəlxalq Energetika Agentliyinin hesabatında yer alıb. Hesabata əsasən, keçən ilin noyabrında ABŞ-da neft hasilatı gündəlik 846 min barrelə çatıb:

“Bu templə ABŞ tezliklə Səudiyyə Ərəbistanını keçəcək. İlin sonunda isə Vaşinqton Rusiyanı keçərək dünya lideri ola bilər. Dünya neft hasilatı sahəsində ilin əvvəlində müşahidə edilən situasiya ABŞ-dakı ilk slans neft hasilatı dalğası dövrünü xatırladır. O zaman neft qiymətlərinin yüksək olmasından istifadə edən slans neft istehsalçıları böyük uğurlar əldə etdilər və nəticədə aparıcı neft istehsalçılarını 2014-cü ildə öz siyasətlərini dəyişdirməyə məcbur qoydular”.

Axar.az